Azərbaycanın "Barbi"si ərindən danışdı: "Ayrıldıq, peşman oldu qayıtdı, amma..."
Yeniliklərdən dərhal xəbərdar olun
"Yazırlar çirkindir, kifirdir, nə gündədir, kim olub o... Hamı həyatında hər şey ola bilər: enişli, yoxuşlu yaşayan, çirkin, gözəl, kasıb, dövlətli... Sayqı olmalıdır, bir insanı dərindən tanımırsansa, onun haqqında danışmayın. İnsanlara ancaq yaxşılıq arzulayıram".
BAKU.WS-in axşam.az-a istinadla verdiyi məlumata görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Həyat, sevgi və göz yaşları" layihəsində deyib. Müğənni sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb.
"Qardaşlarım oxumağa qoymurdu. Anam nəsə satıb, bizi saxlayırdı. Bir nəfər anamdan mal alıb, pulunu vermədi, pis vəziyyətə düşdük. Ailəmin ağır gününə görə oxumağa başladım. Məni hər yerə qardaşlarım aparıb-gətirirdi. Oxuyanda utanırdım, üzümü çevirirdim divara. Hətta harasa gedəndə geyinməyə paltarım olmurdu, qardaşım iki koftasını satıb mənə kostyum almışdı. Anam övladlarımı saxladı, oxuyub pul qazandım. Qardaşlarıma, bacıma kömək etdim. Öz toyumu da özüm etmişəm. Etdiklərimi demirəm, uşaq evlərinə belə gedəndə gizlətmişəm, çəkilməsinə icazə verməmişəm. Bunu çəkib göstərəndə nə olur ki... Anam dünyasını dəyişəndə çox ağladım, hər gün yalvarırdım ki, Allahım, anamı mənə göstər. Bir gün oturmuşdum, bir də gördüm anam və xalam. Əməlli başlı Allah onları göstərdi. Yuxu deyildi, gerçək idi. Qorxdum, dedim, Allah, düz edib dünyasını dəyişənləri insana göstərmirsən, adamın ürəyi partlayar".
R.Allahverdiyeva keçmiş həyat yoldaşının qısqanclıqlarından bəhs edib: "Sevib ailə qurmamışam, tanışlıqla olub. Çox qısqanc idi. Evə qonaq gələndə, küçəyə çıxanda qısqanırdı. Oxumağa da qoymurdu. Xasiyyəti dözüləcək deyildi. Anamın yanında qalırdıq, sonra şəhərə gəldik. Yaxşı yerlərdə işləyirdi, savadlı və yaraşıqlı idi. Gələcəkdə nazir belə ola bilərdi. Ayrıldıq, peşman oldu qayıtdı. Amma qısqanclıqları məni yormuşdu, barışmadım. Sonra evləndi, ondan övladı olmadı, xərçəng xəstəliyinə yoluxdu və cavan yaşda vəfat etdi. İcazə vermirdi ki, ayağımı ayağımın üstünə qoyub oturum. Bir dəfə çaşıb etmişdim, dava düşdü. Bu 30 ildə o, nə deyibsə, o da oldu".
Oxşar xəbərlər
Aparıcı Zaur: "O qız evli olduğumu bilə-bilə mənimlə görüşdü" - MÜSAHİBƏ
BAKU.WS saytının növbəti qonağı tanınmış aparıcı Zaur Kamaldır.-Verilişə dəvət etdiyiniz qonaqların paxırlarını rahatlıqla açıb-tökürsünüz. Sözü də üzə deyənsin...