Azərbaycanda qəsr tapıldı – VİDEO

Azərbaycanda qəsr tapıldı – VİDEO
Video
Şou-biznes 1214
Goranboyda görünüşcə qədim feodal qəsrini xatırladan məkan aşkarlanıb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları üzə çıxarılıb.Hansısa mülkədar və ya feodala aid olduğu güman edilən bu qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb.Arxeoloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, neft kəmərinin marşrutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb.Bundan sonra Kərpicli təpədə arxeoloqlar işlərə başlayıb. Hələlik 1800 kv.m sahəsi üzə çıxarılan qəsr miniatür şəhəri xatırladır.Ərazidən Atabəylər dövlətinə aid edilən mis sikkələr, şüşə məmulatların parçaları və qolbaqlar, gil muncuqlar da tapılıb.Ərazi ilə bağlı məlumatların geniş yayılmasını təmin etmək məqsədilə qazantı aparılan qədim məkanın 3 D ölçülü modelinin də hazırlanması nəzərdə tutulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlandı – FOTO

Yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlandı – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun "Şabran şəhəri" Tarixi Qoruğunun ərazisinə düşən hissəsində XI-XV əsrlərə a...

734 Sosial 10:42 29 oktyabr 2018

Son xəbərlər