“Küp bildim, insan kəlləsi çıxdı” – VİDEO

“Küp bildim, insan kəlləsi çıxdı” – VİDEO
Video
Şou-biznes 1303
Şəkinin Çapağan kənd sakini insan qalıqları tapıb.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, kənd ərazisində bu cür tapıntılara vaxtaşırı rast gəlindiyini deyən Rizvan Ağayev, ərazidə qədim qəbirlərin olduğunu deyir. Ancaq özünün ilk dəfədir ki, bu cür tapıntı aşkar etdiyini bildirir.Rizvan Ağayev – Kənd sakini: “Küp bildim, dəymədim. Amma insan kəlləsi çıxdı”.Məsələ ilə bağlı Şəki REM-dən bildirildi ki, sümüklərin hansı dövrə aid olduğunu ancaq dişləri vasitəsi ilə bilmək olar. Lakin aşkar edilmiş sümüklər arasında dişlərin olmaması məsələni çətinə salır.Həmçinin Rizvan Ağayevin qalıqları yerində götürməsidə ekspertizanın aparılmasına mane yaratmış olur. Belə ki, bu cür tapıntıların yeri dəyişdirilməməlidir. Əks təqdirdə ərazidə arxeoloji işlərin aparılması çətinləşir.Bununla belə əgər dogurdan da kənd ərazisində idda edildiyi kimi vaxtaşırı bu cür qədim tapıntılar aşkar edilirsə ərazidə arxeoloji qazıntıların aparılması mütləqdir.Həmçinin kənd ərazisinin Fazıl kəndinə yaxın olması və Fazılda oxşar tapıntılara tez-tez rast gəlinməsi kəndin qədim yaşayış mərkəzlərindən biri olmasını göstərir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər