Dünyanın ən qədim "smaylik"i tapıldı (FOTO)

Dünyanın ən qədim smayliki tapıldı (FOTO)
Şou-biznes 1661
 

Türk və italyan arxeoloqlardan ibarət qrup üzərində gülən insan üzünün ən qədim qrafik təsviri olan saxsı qab aşkar edib.

Bu barədə qrupun rəhbəri, Bolonya Universitetinin professoru Nikolo Marketti deyib.

O qeyd edib ki, bu mövsümün ən maraqlı tapıntısı Türkiyənin Qaziantep vilayətinin Karkamış şəhərində aparılan arxeoloji qazıntılar zamanı üzərində "smaylik" əks olunan su qabının aşkar edilməsi oldu: "Qabın eramızdan əvvəl 1700-cü ilə aid edilir. Deməli, biz dünyada ən qədim "smaylik"i tapmışıq. Ustanın bunu hansı məqsədlə qabın üzərinə çəkdiyini deyə bilmirik".

Saxsı qab Qaziantep Arxeologiya Muzeyinə təhvil veriləcək.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinin 5 min ildən çox yaşı var.

BAKU.WS

Oxşar xəbərlər

Şamaxıda qədim nekropol aşkarlanıb - FOTO

Şamaxıda qədim nekropol aşkarlanıb - FOTO

Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində, Gəgəli yaylağı adlı ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminə...

2192 Hadisə 16:50 27 may 2017

Son xəbərlər