Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ayşən Mehdiyeva sosial şəbəkə profilindən danışıb.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Gün ortası" proqramında instaqramda ancaq tədbirlərdən çıxışlarını yayımladığını bildirib. O qeyd edib ki, toy məclislərinə getmir:
"Sənətlə bağlı çox şey var. Mən məclisə getmirəm. Dövlət tədbirlərində, xarici səfərlərdə, konsertlərdə oluram. Bu yöndən işimi reklam edirəm. Musiqi zövqünə gəldikdə isə, insan özünə necə hörmət edirsə, musiqiyə də elə hörmət edir.
Bizə də mahnılar təqdim edilir. Amma bəlli sənət yolumuz var, Muğam Müsabiqəsindən keçmişəm, təhsil alıb, magistratura oxumuşam, ustadım var. Verilən mahnıya baxıram və ustadlarımdan utanıram. Hər kəs özünə yaraşanı ifa edir".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...