Aysel Əlizadə: "Üzüm gülsə də, içim hər zaman qan ağlayıb" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Üzüm gülsə də, içim hər zaman qan ağlayıb. Amma bunu bildirməmişəm. Yaşadıqlarımla heç kimi nə bezdirmişəm, nə də ki dərdlərinin üstünə dərd vermək istəmişəm".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şourum" verilişinə müsahibəsində deyib.
Əlizadə valideynlərinin səhhətində yaranmış problemlərdən də danışıb:
"Valideynlərimin səhhətində problemlər yarandı. Valideynlərimin səhhəti ilə bağlı çətinliklər yaşayırıq. Çox şükür ki, onlar indi sağ-salamat yanımdadırlar".
Subay olan müğənni ailə qurduqdan sonra qayınatası və qayınanası ilə birlikdə yaşamaq istədiyini də açıqlayıb:
"Evdən böyük nəfəsi gəlməsi tamamilə başqa bir hissdir. Özbaşına yaşamağa nə var ki?! Ailə həyatı qurduqdan sonra anam və atam kiminsə qaynatası və qaynanası olacaq. Ailədə mehribanlıq olmalıdır. Qarşı tərəfin anasının və atasının da gözümün üstündə yeri var. Allah mənə elə bir ruzi nəsib etsin ki, birlikdə gözəl və böyük ailəmiz olsun".
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...