Aygünün evinə oğru girdi: "30 mindən çox ziyan dəyib" (FOTOLAR)

Aygünün evinə oğru girdi: 30 mindən çox ziyan dəyib (FOTOLAR)
Şou-biznes 4817
Araz FM-in əməkdaşı, tanınmış radio aparıcısı, aktrisa Aygün Akifin evinə oğru girib. BAKU.WS xəbər verir ki, bu barədə Aygün sosial şəbəkədə məlumat yayıb. O, talan olunan evin fotolarını paylaşaraq ikinci dəfə belə bir halın baş verdiyini qeyd edib:“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Vallah, çox “rahat” və “hüzurlu” yatırıq. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”. Radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib: “30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.BAKU.WS
Aygün Akif

Oxşar xəbərlər

Evə girib ərimi yuxudan oyatdılar və ...

Evə girib ərimi yuxudan oyatdılar və ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Bəhruz Nurullayev və Nadim Ağaxanovun cinayət işi üzrə məhkəmə istintaqı başlay...

3800 Hadisə 10:19 04 yanvar 2019

Son xəbərlər