Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR
Foto
Şou-biznes 233

Ötən gün 55 yaşını və səhnə fəaliyətinin 40 illiyini qeyd edən Xalq artisti Aygün Kazımovanın məclisinə ulduz axını oldu. Məşhurlar şık, parıltılı, dekolte, mini, bər-bəzəkli və qeyri-adi libasları ilə məclisi əsl qalaya çevirib geyimlərini yarışdırdılar. Həmin vaxt yaşananlar isə BAKU.WS-in obyektivinə yansıdı. Bəs görəsən Xalq artistinin bu özəl gününə məşhurlar hansı geyimdə qatıldılar?

Bu dəfə oxuculara Kazımovanın ad günündə BAKU.WS-in obyektivinə tuş gələn məşhurların fotolarını təqdim edirik:

Hər zaman cazibədar görünən müğənni Nigar Camal bu dəfə də ənənəsinə sadiq qalıb. O məclisə gümüşü rəngli bərq vuran libası ilə qatılıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aparıcı Hacı Nuran Hüseynov da Kazımovanın ad günü məclisinə qatılan məşhurlar arasında olub. O sarı rəngli və qeyri-adi tərzi ilə seçilən kostyumu ilə diqqət mərkəzində olub.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aparıcı Çinarə Əliyeva isə gecənin diqqətçəkən məşhurlarından olub. O Kazımovanın doğum gününə bahalı və ağ rəngli kürkü ilə gəlib.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Əməkdar artist Dilarə Əliyeva gecəyə ağ rəngli kostyumla qatılıb. O sadə görünüşü ilə göz oxşayıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Gecənin sürpriz qonaqlarından olan Xalq artisti Röya Ayxan sinə dekolteli, şık və qara rəngli libası ilə diqqət çəkib.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aparıcı Afaq Gəncəli məclisə qara rəngli, kürək dekolteli, uzun libasla qatılıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova isə anasının özəl günündə sadə, qara rəngli libas geyinib.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Əməkdar artist Sevda Ələkbərzadə məclisə gümüşü rəngli, uzun libası ilə damğa vurub.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müğənni Xuraman Şuşalı da BAKU.WS-in obyektivinə tuş gələn məşhurlar arasında oldu. O gecəyə qızılı rəngli qapalı geyimi ilə qatıldı.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müğənni Mehin Hümbətova ad günü məclisinə qəhvəyi rəngli şık bir libasla qatılıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Aparıcı Aytəkin Mərdanova məclisə qırmızı rəngli mini libasda qatılıb. O sadəliyi ilə göz oxşayıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müğənni Nuran isə ənənəvi tərzinə sadiq qalıb. O bu dəfə məclisə qeyri-adi kostyumu ilə qatılıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müğənni Sevda Yahyayeva yaşıl rəngli kostyumu ilə diqqət çəkib. Sənətç geyimini ona uyğun saç və makiyajı ilə tamamlayıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müğənni Çinarə Məlikzadə gecəyə sadə və qara rəngli, qısa libası ilə qatılıb.

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Müxbir: Zöhrə Pənah

Foto: Təranə İbrahimova

Son xəbərlər