Aygün Kazımova: "Mənə qalan qızım oldu"

Xalq artisti Aygün Kazımova ilk dəfə "Best of Aygün - ALL STARS" albomundan danışıb.
BAKU.WS xəbər verir ki, "Afaqla 10LAR" verilişinə dəvət olunan sənətçi ən yaxşı ifanın və ona yaxın janrda ifa edənin elə öz qızı İlqarə olduğunu vurğulayıb.
Kazımova açıqlaması zamanı "Elə mənə qalan qızım oldu" ifadəsini işlədib.
Məlumat üçün bildirək ki, oktyabrın əvvəlində Pop diva bu 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.
Kazımova bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Aygünün dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.
"Best of Aygun - All stars" adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur müğənni səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Məşhur müğənni Adelin səhnədə hər zaman qapalı geyinməsi və rəqs etməməsi müzakirə edilən mövzulardan biridir. Onu çox vaxt səhnədə qara uzun libasda görmək müm...
