Aygün Kazımova 34 il sonra yenidən bunu etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən "Ey mənim dünyam" adlı mahnısını səsləndirib.
BAKU.WS xəbər verir ki, müğənni sözügedən ifanı ilk dəfə 1988-ci ildə oxuyub.
“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz”, - deyə Kazımova bildirib.
Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.
Qeyd edək ki, ifanın musiqisi Vaqif Gərayzadəyə, sözləri isə Sərvər Quliyevə aiddir. “Remake” versiyanın aranjimanı isə Hakan Erola məxsusdur.
Aygün Kazımova “Ey Mənim Dünyam” mahnısı üçün fərqli obrazda yeni fotosessiya da etdirib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...