Aygün Bəylər və Nigar Camalın mahnısı 4 il sonra trenddə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görmüşdü.
BAKU.WS xəbər verir ki, sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib.
Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb. Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb.
İfa TikTok-da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur.
Onu da bildirək ki, sənətçilərin bundan başqa “Şəhidlər” adlı dueti də var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...