Avropadan gələn inəkdən bəhs edən Azərbaycan filminin təqdimatı olacaq (VİDEO/FOTO)
Oktyabrın 18-də Bakıda "YARAT!” Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə gənc rejissyor İmam Həsənovun "Müqəddəs İnək” (2015) filminin premyerası baş tutacaq.
BAKU.WS xəbər verir ki, film dəyişiklərlə adət-ənənələrin balansını saxlamağa çalışan kişinin hekayətidir.
Tapdıq -Lahıcda yaşayan fermerdir. O, möcüzəli bir inək barədə eşidib hesab edir ki, bu ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaqda yardım göstərəcək.
Arzusu inəyi almaq və adını Madonna qoymaqdır. Amma nə ağsaqqallar, nə kəndin sakinləri inəyin gətirilməsini istərmirlər.
Onlar hesab edirlər ki, onun südündə "yadelli maddələr” var. Hətta onun arvadı Vəfa belə qəribə cinsin qayğısına qalmaq istəmir.
Film müasir Azərbaycan kənd həyatını, sakinlərin mentalitetini göstərir. Bir inəyin misalında yeniliklər və dəyişiklərə yanaşmasını təsvir edir.
Film Amsterdamda IDFA "First Appearance Competition”, Torontoda Hot Docs – "World Showcase”, Praqada "One World” və daha bir neçə beynəlxalq festivalda iştirak edib.
Bakıdan başqa, film Sumqayıt (oktyabrın 8-i), Mingəçevir (oktyabrın 13-çü), Gəncə, Quba, Lənrəkan, Lahıc, Quba və İvanovkada nümayış olunacaq.
"Müqəddəs İnək” filminin (Azərbaycan, Qətər, Almaniya, Rumınıya, 2015, 77 dəq.) rejissoru və ssenari müəllifi İmam Həsənov, quruluşçu operatoru Sərvar Cavadov, prodüserləri Andrea Popescu, Stefan Kloosdur.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Nobel qardaşlarından bəhs edən film nümayiş olunacaq (FOTO)
Sentyabrın 20-də "YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Emin Mirabdullayevin "Postskriptum” adlı filmi təqdim olunacaq. BAKU.WS xəbər verir ki, "Nobel qa...