Atasının qəbrini ziyarət edən Renka: "Adi zəng gələndə belə qorxuram" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bura gələnə qədər fikirləşirəm ki, bəlkə, atam həminki kimi Rusiyadadır. İnanmaq istəmirəm. Sıxılanda, tək olanda gəlirəm bura, dərdləşirəm. Düzdür, pis oluram. Amma özümə belə təsəlli tapıram. Onun ürəyində problem var idi. Koronavirusa yoluxandan sonra bu problem ona çox pis təsir etdi".
BAKU.WS xəbər verir ki, bu sözləri Rəqqasə Rəna Ağamuradova (Renka) atasının qəbrini ziyarət edərkən deyib. "Space maqazin"ə müsahibə verən rəqqasə 2 il əvvəl dünyasını dəyişən atası Vidadi bəyin qəbrini tez-tez ziyarət etdiyini, onun yoxluğu ilə barışa bilmədiyini bildirib:
"Fikirləşirəm ki, başqa nəsə etsəm, onu sağalda bilərdim. Bu məni çox yorur. Hamı deyir ki, bu qismətdir, hərənin vaxtı bir yerə qədərdir. Ondan sonra yaşamaq belə istəmirdim. İndi yaşamıram, keçən dəfə bir verilişdə də dedim ki, uşaqlarıma görə yaşayıram. Ondan sonra hər şeydən qorxuram, adi zəng gələndə belə narahat oluram. Uşaqlar da mənə zəng etməyə qorxurlar, birinci yazırlar ki, ana, hər şey yaxşıdır".
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...