Araz Ağalarov: "Təyyarəmi ABŞ-da müsadirə etmək istədilər, təcili 20 milyon dollar ödədim..."
09
apr
2018
21:19
ABŞ Maliyyə Nazirliyinin bu ilin fevralında tərtib etdiyi “Kreml məruzəsi”ində yer alan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov şəxsi təyyarəsinin müsadirə olunacağı haqda xəbərdarlıq aldığını açıqlayıb.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen, “Crocus Group” şirkətlər qrupunun sahibi bu haqda RBC-ya müsahibəsində danışıb. Ağalarov deyib ki, həmin siyahı açıqlanandan sonra Amerika bankı onun "Gulfstream G500" təyyarəsini müsadirə etmək istəyib.
“ABŞ Maliyyə Nazirliyinin “Kreml məruzəsi”inə daxil edilməyiniz biznesinizə necə təsir göstərdi?” –deyə müxbir Ağalarovdan soruşub.“Biz qərb bankları ilə işləmirik. Yeganə sual meydana çıxdı: mənim təyyarəm Amerikanın “Stonebriar Commercial Finance” bankında kreditə görə girov qoyulmuşdu. Onlar dərhal bildirdilər ki, ya borcunuzu bağlayırsınız, ya təyyarənizi müsadirə edirik. Biz borcu bağladıq, məcbur olduq 20 milyon dollarlıq borcu öz pullarımızla bağlayaq”-biznesmen bildirib.Ağalarov deyib ki, “Kreml məruzəsi” bu cür birbaşa məhdudiyyətləri nəzərdə tutmurdu. “Fikrimcə banka belə göstəriş verilmişdi”-o əlavə edib.Biznesmen “Crocus Group”un əsas kreditorunun “Sberbank” olduğunu deyib. Bildirib ki, hazırda şirkətin kredit yükü 1.85 milyard dollardır.BAKU.WS
Oxşar xəbərlər
Putinin azərbaycanlı tələbə yoldaşı milyardlarını götürüb Rusiyanı tərk etdi
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk ed...