Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
10
dek
2017
12:50
Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə “Otkrıtie” maliyyə korporasiyasının düşdüyü böhrana görə onun səhmdarları-azərbaycanlı milyarder Vahid Ələkbərov, ortağı Leonid Fedun və bəzi digər biznesmenlərin aktivlərini müsadirə etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazır.Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində “Otkrıtie” maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib və rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar) tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Vahid Ələkbərov da bankın səhmdarları arasındadır.Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun “Lukoil” şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.Lakin Ələkbərov və digər milyarderlər könüllü şəkildə bankın sağlamlaşdırılmasında iştirak etmək istəməyiblər. Bunu əvvəllər Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev də dolayısı ilə təsdiq edib. Hazırda Mərkəzi Bank qaytarılmayan kreditlərə görə banka 46 milyard rubl həcmində aktivləri qaytarıb, daha 79-81 milyard rubl həcmində aktivlər isə bankın mülkiyyətinə keçmək mərhələsindədir. Buna baxmayaraq yekun məbləğ birmənalı olaraq Mərkəzi Bankın tələb etdiyi məbləğdən aşağıdır. Mənbələr bidiriblər ki, belə vəziyyətdə səhmdarlar Mərkəzi Bankın tələbini yerinə yetirməyə məcbur olacaqlar. Əks halda onları cinayət məsuliyyəti gözləyə bilər.Pozdışevin bildirdiyinə görə bankda müvəqqəti idarəçiliyin tətbiq olunması ərəfəsində onun top-menecmenti şübhəli tranzaksiyalar həyata keçiriblər. Bu da bankın aktivlərinin ölkədən çıxarılması şübhəsi yaradıb. Hazırda müvafiq materialları Baş prokurorluq araşdırır.BAKU.WS
Oxşar xəbərlər
Vahid Ələkbərov "LUKOYL"un 1 milyard rublluq səhmlərini əldə edib
"LUKOYL" şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.BAKU.WS APA-ya istinadən xəbər...