Aparıcıya səhnədə hücum etdi, Smit yada düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün səhnə alan komediya ustası Deyv Çappelle izləyicilərdən birinin hücumuna məruz qalıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə "Hollywood Bowl"da qeydə alınıb.
Sənətçinin çıxışı zamanı səhnəyə qalxan 23 yaşlı Isaiah Lee adlı şəxs onu yerə yıxdıqdan sonra qaçmağa çalışsa da zərərsizləşdirilib.
Polisin məlumatına görə, hücum zamanı onun üzərində başında bıçaq olan saxta tapança olub.
Hadisənin ardından zaldakı gərginliyi azaltmaq üçün orada olan komediyaçı Kris Rok mikrofonu götürərək "O, Uill Smit idi" deyə soruşub. "Oskar" mükafatlandırma mərasimində qarşılaşdığı hadisəni xatırladan Krisin zarafatı zalda gülüşlə qarşılanıb.
Qeyd edək ki, Deyvin bir müddət əvvəl işlətdiyi transfobik şərhlər tənqid hədəfinə çevrilib.
Oxşar xəbərlər
"Qremmi"nin mükafatlandırma mərasimində "sillə" göndərməsi: Dəbilqə ilə səhnəyə çıxdı - VİDEO
2022-ci il "Qremmi" Mükafatlandırma Mərasimində maraqlı anlar yaşanıb. BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, mərasimin aparıcısı, komediya aktyoru...