Aparıcı Zaurun həyatının ən ağır günü: "3 saatlıq əməliyyat 8 saat davam etdi" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"ATV" kanalında yayımlanan "1 Dəqiqə" verilişinin formatında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu bu dəfə verilişdə qonaq qismində iştirak edib. Aparıcı kürsüsündə isə Xalq artisti Nazpəri Dostəliyeva əyləşib.
Sənətçi aparıcıya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb. Dostəliyeva Zaurdan həyatının ən çətin anının hansı olduğunu soruşub. O isə cavabında atasının 8 saat davam edən əməliyyatından danışıb:
"Atam 3 il əvvəl çox ağır əməliyyat keçirdi. Əslində əməliyyat 3 saat olacaqdı, amma 8 saat davam etdi. Artıq o 5 saat həyatımın ən ağır anı idi. İnanın ki, nəfəs ala bilmirdim. Su da içmirdim. Bir sözlə, özümü idarə edə bilmirdim. Atama tək köməyim ona qan verməyim oldu. Mən atam və anamla nəfəs alıram".
Ətraflı videoda:
Oxşar xəbərlər
Efirdə gərginlik: Nazpəri Könül olan studiyada əyləşmək istəmədi - VİDEO
Xəzər TV-də yayımlanan “5/5” proqramının 6 illik yubiley buraxılışında Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərgin anlar y...