Efirdə gərginlik: Nazpəri Könül olan studiyada əyləşmək istəmədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər TV-də yayımlanan “5/5” proqramının 6 illik yubiley buraxılışında Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərgin anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, əvvəlcə proqrama Könül Kərimova və Nadir Qafarzadə gəlib. Daha sonra isə Nazpəri Dostəliyeva studiyaya daxil olub.
Mahnı ifa edən sənətçi sonda verilişin aparıcısı Zaur Kamalla və Qafarzadə ilə görüşsə də, Kərimova ilə salamlaşmayıb.
Dostəliyeva qonaqlarla birgə divanda əyləşməkdən də imtina edib və kulisdə onların getməsini gözləyib. Aparıcı onu yenidən studiyaya gətirib.
Z.Kamal onlarla birlikdə selfi çəkdirmək istəyəndə də gərginlik yaranıb. N.Dostəliyeva “Mən gülləri suvarıram”, K.Kərimova isə “Selfidə yaxşı düşmürük” deyərək eyni kadra düşmək istəməyiblər. Lakin aparıcı israrla onlarla birlikdə selfini çəkmək istəyini gerçəkləşdirib. Dostəliyeva şəkil çəkdirən zaman “Selfi çəkdirmək hələ ürəkdə qalmaq demək deyil” atmacasını atıb.
Vəziyyətin gərginləşdiyini görə Z.Kamal “Mənim 6 illiyimi zay etməyin” deyərək aranı sakitləşdirmək istəyib.
Nazpəri qonaqlar getdikdən sonra bu sözləri deyib:
“İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiq olsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyəti üçün... Bax, bu, çox qəliz məsələdir”.
Oxşar xəbərlər
Nazpəri Dostəliyeva və Xatun barışıb - VİDEO
Bir neçə gün əvvəl müğənni Ayan Babakişiyeva ilə barışan Xatun Əliyeva küsülü olduğu daha bir həmkarı ilə buzları əridib.BAKU.WS Axşam.az-a istinadən xəbər veri...