Aparıcı Conini sərt tənqid etdi: "Erməni dinləyicilərini itirməmək üçün.." - FOTO

Aparıcı Conini sərt tənqid etdi: Erməni dinləyicilərini itirməmək üçün.. - FOTO
Şou-biznes 450

Aparıcı Turanə Hüseynli Rusiyada yaşayan azərbaycanlı müğənni Conini (Cahid Hüseynli) sərt tənqid edib.

BAKU.WS xəbər verir ki, aparıcı bu barədə instaqram hesabında yazıb.

Hüseynli müğənninin Kəlbəcərdəki konsertindən video paylaşaraq “Vətənin keşiyində duran qardaşları ilə qürur duydu, Vətən müharibəsi dönəmində erməni dinləyicilərini itirməmək üçün heç bir paylaşım etməyən, millətinin haqq səsini çatdırmaq naminə barmağını belə tərpətməyən Coni. Var ol, ay “brat”. Biz səni unutmadıq. Bəlkə də, unutduq. Bilmirəm”, - deyə qeyd edib.

Son xəbərlər