Antaliyaya dincəlməyə gedən azərbaycanlıların sayı xeyli artdı

Antaliyaya dincəlməyə gedən azərbaycanlıların sayı xeyli artdı
Şou-biznes 1317

Türkiyənin Antaliya şəhərinə istirahətə gedən azərbaycanlıların sayı artıb. 

BAKU.WS xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Bölgə müdirliyindən verilən məlumata görə, 2015-ci ilin yanvar ayında 80 Azərbaycan vətəndaşı Antaliyaya getmişdisə 2016-cı ilin yanvar ayı bu rəqəm 365-ə qədər artıb. Bu isə 4 dəfə artım deməkdir. 2016-cı ilin ilk ayında Antaliyanı Almaniya, Hollandiya və İsrail vətəndaşları daha çox ziyarət edib. 

Türkiyə ilə Rusiya arasında siyasi böhran səbəbindən rus turistlərin Antaliyaya səfəri əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin yanvar ayında Türkiyənin kurort şəhərinə 12 min 870 rus vətəndaşı səfər etmişdisə, bu ilin yanvar ayında bu rəqəm 2 min 427-yə qədər azalıb. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər