Anasından danışan Kərim göz yaşlarını saxlaya bilmədi - VİDEO

Anasından danışan Kərim göz yaşlarını saxlaya bilmədi - VİDEO
Video
Şou-biznes 282

Müğənni Kərim Abbasov itirdiyi ailə üzvlərindən danışıb.

BAKU.WS xəbər verir ki, "Günü sədası" proqramına qatılan ifaçı bir neçə il əvvəl ortancıl qardaşını, son illər isə ard-arda ata və anasını itirdiyini deyib. Vəfat edən ailə üzvlərindən danışan Kərim efirdə göz yaşlarını saxlaya bilməyib:

"Qardaşım 2006-cı ildə dünyasını dəyişdi. Avtomobil qəzasında 4 nəfər dostu ilə birlikdə həlak oldu. 21 yaşı var idi. Eyni məhlənin uşaqları idilər. Ailədə 3 qardaşıq. Bir qardaşım Rusiyada yaşayır. Oranın vətəndaşıdır.

Bu illər ərzində efirlərdə problemlər, qalmaqallar, şəxsi həyatımda yaranan problemlər - bunlar məni çox yordu və ölkəni qısa müddətlik tərk etdim.

Anam da ötən ilin dekabrında rəhmətə gedib. O, qardaşımın yanına getmək istəyirdi. Atamın rəhmətə getməyi anamı çox sarsıtdı. O, tək qaldı. Baxmayaraq ki, mən onunla yaşayırdım. Amma o, bu dünyadan köçmək üçün çox tələsdi və getdi".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər