Anasına ağır sözlər yazan Ayselə keçmiş həyat yoldaşından REAKSİYA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün tanınmış influenser Aysel Şükürün anası ilə bağlı paylaşımına keçmiş həyat yoldaşı Oktay reaksiya bildirib.
BAKU.WS xəbər verir ki, Oktay mövzu ilə bağlı instaqram hesabında paylaşım edib.
"Neçə illərdir susmağımın səbəbi, danışmamağım ona görə idi ki, valideynlə övladı qarşı-qarşıya qoymaq istəmirdim. Çünki bilirdim ki, gec-tez nə vaxtsa hər şey ortaya çıxacaq. O vaxta qədər susdum, səbir etdim. Şükür, bu gün gec də olsa, haqq öz yerini tapdı. Mənim biabırçılıqlar yaşamağımın əsl səbəbkarı ortadadır", - deyə o bildirib.
Oktay daha sonra birgə fotolarını paylaşaraq "Hər nə baş vermiş olursa olsun hər zaman 3 balamın və sənin yanındayam. Hər zaman hər şeydə dəstəyəm", - qeyd edib.
Xatırladaq ki, Aysel bu gün boşanmasına anasının səbəb olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Aysel Şükürdən anasına ağır sözlər: "Belə şeylər danışma, namaz qılırsan” - FOTO
Tanınmış influenser Aysel Şükür açıqlamaları ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, influenser instaqram səhifəsində "Sizin ananız arıdır?" sualına "Hə, ham...