Anar Nağılbazın atası gəlininə ƏSƏBİLƏŞDİ: “Özünü yığışdır” - VİDEO
02
apr
2019
15:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev olub. Rizvan Cəbiyev, gəlininin “Anar Nağılbazın qəbrini su basıb” deyə yaydığı dezinformasiya xəbərlərini təkziba edərək məsələyə aydınlıq gətirib: “Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Onların hamısına dözüb və bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, “Anarın qəbrini su basıb, ora getmək mümkün deyil” deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər. Burada da var idi və mən ona görə onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. Mənim 2 dənə gül kimi nəvəm var, uşaqları vasitə edirlər. Mən onun əleyhinəyəm və pis də olsa, yaxşı da olsa o uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Ona görə də mən Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa o uşaqlar üçün edirəm”. Mərhum reperin atası daha sonra gəlininə böyük məsləhət də verib: “Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtı ilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”. BAKU.WS
Oxşar xəbərlər
Anar Nağılbazın atası: Nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm
Bir neçə gün bundan qabaq dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.BAKU.WS xəbər v...