Anar Cəbrayıllı 27 il sonra işğaldan azad olunan evlərinə getdi - FOTO

07
dek
2020
16:25
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyaları tapıb.
Bununla bağlı A.Cəbrayıllı paylaşım edib.
O, sac və səhəng tapdığını bildirib:
“İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə-belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim”.

Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
2019-cu il ölkədə bir çox hadisələrlə yadda qaldı. İctimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı və bir çox hadisələr baş verdi. Bu hadisələri ictima...
