Alpay 91 yaşında vəfat etdi
Türk pop musiqisinin əfsanəvi adlarından olan Alpay vəfat edib.
BAKU.WS xəbər verir ki, "Fabrika Kızı" və "Eylül'de Gel" kimi mahnıları ilə sevilən sənətçi 91 yaşında dünyasını dəyişib.
Bu barədə musiqiçi Bora Gencer sosial media hesabında paylaşıb.
O sənətkarın ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Alpay 18 iyul 1935-ci ildə Ankarada doğulub. Gənclik illərində idmana böyük maraq göstərib.
"Ankara Demirspor" və "Gençlerbirliği" komandalarında çıxış edərək hətta Gənclərdən ibarət Milli Komandaya qədər yüksəlib.
Ankara Universitetinin "Hüquq Fakültəsi"ndən məzun olmasına baxmayaraq, o, həyatını hüquqşünaslığa deyil, musiqiyə həsr edib.
60 illik zəngin musiqi irsi Musiqi karyerasına 1960-cı illərdə qədəm qoyub.
Ömrünün son illərini Bodrumda dincələrək keçirən müğənni, 2024-cü ildə verdiyi müsahibələrindən birində səhhətindəki bəzi problemlərlə mübarizə apardığını bildirmişdi.
Oxşar xəbərlər
Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş...
Rusiyalı reper Ciqan aliment borcunu ödəmədiyi üçün Moskvaətrafı ərazidə yerləşən dəbdəbəli malikanəsinə həbs qoyulub. Borcun ödənilməyəcəyi təqdirdə əmlakın hə...