Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu
Rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski dəfn edilib.
BAKU.WS xəbər verir ki, onun nəşi Türkiyə və Polşa vasitəsilə Ukraynaya göndərilib.
Psixoterapevt son arzusuna uyğun olaraq Ukraynada dəfn edilib.
Bu barədə ukraynalı jurnalist Dmitri Qordon məlumat yayıb.
"Bir neçə saat əvvəl Vinnitsa şəhərində böyük həkim və insan, dostum Anatoli Kaşpirovski dəfn edilib" -deyə o qeyd edib.
Xatırladaq ki, Anatoli Kaşpirovski okrtyabrın 3-də vəfat edib.
Onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.
Onunla vida mərasimi oktyabrın 8-də Troyekurovskoye qəbiristanlığında baş tutub, mərasimdən sonra cənazəni aparıblar və heç kim Kaşpirovskinin məzarını görməyib.
Qeyd edilib ki, onun son arzusu Ukraynada dəfn olunmaq olub və ailəsi bu arzunu yerinə yetirib.
Vinnitsa şəhərində Anatolinin anası dəfn olunub. 2018-ci ildə o, faciəli şəkildə həlak olan qızı Yelenanın cəsədini də ora aparıb.
İndi özünün məzarı da onların yanındadır.
Qalereya
Oxşar xəbərlər
Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim"
Məşhur müğənni Hülya Avşar haqqında "Yeriyə bilməyən adam" deyən aktyor Erkan Petekkayaya cavab verib. BAKU.WS xəbər verir ki, sənətçi tanınmış aktyora ona görə...