"Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI
Türkiyənin reytinqli layihələrdən olan "Survivor 2027"nin formatı və uduş məbləği açıqlanıb.
BAKU.WS xəbər verir ki, iki dəfə "Survivor" çempionluğu qazanan Turabi Çamkıran və Ogeday Girişken yeni mövsümdə layihəyə qayıdırlar.
Lakin bu dəfə onlar fərqli missiya daşıyacaqlar.
Turabi və Ogeday yaradılacaq iki fərqli komandaya kapitanlıq edəcəklər.
Könüllülər komandası bu iki çempionun rəhbərliyi altında zəfər uğrunda yarışacaqlar.
"Survivor 2027"nin ən çox danışılacaq yeniliklərindən biri də qalibə veriləcək pul mükafatıdır.
Acun Ilıcalının "Ən böyük mükafat" kimi təqdim etdiyi bu məbləğ 10 milyon lirə təşkil edəcək.
Yeni formatı sosial media hesabı üzərindən elan edən Acun Ilıcalı iştirak etmək istəyənlərə səslənib:
"Tamamilə yeni formatla təqdim olunacaq "Survivor 2027"də Turabi və Ogedayın komandasında yer almaq, eləcə də ən böyük mükafatını qazanmaq üçün müraciətinizi edin!"
Oxşar xəbərlər
Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfat etdi
"Breaking Bad" serialının aktyoru Ar Cey Mitt vəfat edib. BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, bu barədə onun meneceri Şon Reyli məlumat yayıb. "Dərin k...