Aktyor bu üsullardan istifadə edərək 40 kiloqram arıqladı

Aktyor bu üsullardan istifadə edərək 40 kiloqram arıqladı
Video
Şou-biznes 123

Aktyor Kayra Şenocak ilk dəfə 40 kiloqranm arıqlamasının sirrini bölüşüb.

BAKU.WS xəbər verir ki, layihələrdən birinə qonaq olan Kayra bu prosesin şüurlu qidalanma, nizam-intizam və həyat tərzinin köklü şəkildə dəyişdirilməsi ilə mümkün olduğunu vurğulayıb.

Aktyorun arıqlamaq üçün tətbiq etdiyi əsas üsullardan biri su istehlakı olub. O, hər dəfə əsas yeməkdən təxminən bir saat əvvəl 1,5 litr su içərək özündə toxluq hissi yaradıb. Bu yanaşma porsiya nəzarətini asanlaşdırır və həddindən artıq yeməyin qarşısını alır.

Arıqlama prosesində qadağalardan çox, düzgün seçimlər ön plana çıxır. Ona görə də aktyor şəkəri tamamilə qida rasionundan çıxarıb, duz istifadəsini isə minimuma endirib. Şirniyyat istəyi yarandıqda isə təbii alternativlərə üstünlük verir. Bu yanaşma qidalanmanı müvəqqəti pəhrizdən çox, davamlı vərdişə çevirib.

Onun fərqləndirici cəhətlərindən biri də qidalanmada ölçü və hesablama prinsipinə ciddi yanaşmasıdır. Qəbul etdiyi hər qidanı çəkərək kalorisini hesablamaq, gizli kalori qəbulunun qarşısını alır və qida ilə münasibətə nəzarəti gücləndirir.

Aktyor bu üsullardan istifadə edərək 40 kiloqram arıqladı

Psixoloji və fiziki aclığı ayırd etmə bacarığı isə bu uğurun əsas dayaqlarından biridir. Şenocak toxluq həddinə çatdığını hiss etdikdə yeməyi dayandırıb. Bu da arıqlama prosesində mühüm rol oynayır.

Qidalanma rejimini fiziki fəaliyyətlə dəstəkləyib. Mütəmadi idman həm maddələr mübadiləsinin sürətlənməsinə, həm də əzələ kütləsinin qorunmasına kömək edib.

Aktyor bu üsullardan istifadə edərək 40 kiloqram arıqladı

Mütəxəssislər Kayra Şenocakın hekayəsini sürətli arıqlama və möcüzəvi metodlardan uzaq, sağlam və davamlı çəki itkisinin real nümunəsi kimi qiymətləndiriblər.

Bütün bunlar bir daha göstərir ki, uğurun açarı, bədəni dinləməkdə və ona uyğun yaşamaqdadır.

Aktyor bu üsullardan istifadə edərək 40 kiloqram arıqladı

Son xəbərlər