Aktrisadan "Bolt"a müraciət: "Oğurladığın pullar haramın olsun" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Mətanət Eres sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, instaqram hesabında izləyiciləri ilə bölüşdüyü videoda "Bolt" taksi şirkətinin ona haqsızlıq etdiyini deyib.
Belə ki, aktrisanın gedişhaqqı 3 manat 37 qəpik göstərildiyi halda şirkət onun kartından 5 manat 90 qəpik pul çıxıb. Buna etiraz edən Mətanət "Bolt" taksi şirkəti, oğurladığın pullar haramın olsun" sözlərini söyləyib:
"3,37 hara, 5,90 hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər? Sürücüyə demişəm, o da deyir ki, “Bolt” keçib fırıldağa".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...