Akın Akınözünün yeni serialı bəlli oldu

Akın Akınözünün yeni serialı bəlli oldu
Foto
Şou-biznes 290

Türkiyədə yeni mövsümün ən iddialı layihələrindən biri hesab edilən "Aşk ve Taht" serialı ilə bağlı diqqətçəkən detal məlum olub.

BAKU.WS xəbər verir ki, tarixi mövzusu ilə maraq doğuran ekran əsərinin baş rolunu məşhur aktyor Akın Akınözü canlnadıracaq.

"ATV" kanalında yayımlanacaq serialın istehsalçısı tarixi layihələri ilə tanınan Mehmet Bozdağ olacaq.

Layihənin rejissorluğunu isə Taylan Biraderler həyata keçirəcək.

Məlumata görə, yeni mövsüm üçün çoxsaylı təkliflər alan Akın Akınözü seçimini məhz "Aşk ve Taht" serialından yana edib.

Aktyor ekran əsərində Anadolu Səlcuq dövlətinin ən qüdrətli hökmdarlarından biri hesab olunan I. Alaeddin Keykubad obrazını canlandıracaq.

Ssenarisi Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçın tərəfindən qələmə alınan serialın aktyor heyətinin formalaşdırılması prosesi isə hələ də davam edir.

Akın Akınözünün yeni serialı bəlli oldu

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədə tanınmış aktrisa ərə gedir

Türkiyədə tanınmış aktrisa ərə gedir

Türkiyəli aktrisa Aleyna Solaker sevgilisi Berk Boyacıgildən Fethiye şəhərində evlilik təklifi alıb. BAKU.WS xəbər verir ki, romantik gün batımı fonunda edilən...

137 Şou-biznes 15:18 07 iyun 2026

Son xəbərlər