Ağakərimin oğlundan Naziləyə: "Cavab verəcək..." - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Ağakərimin oğlu Kamil Kərimov şairə Nazilə Səfərlinin qalmaqallı paylaşımına sərt reaksiya verib.
Bu haqda BAKU.WS-ə danışan Kamil Nazilənin yazdıqlarının əsassız olduğunu bildirib. O, şairəyə qarşı lazımi tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini deyib:
"O xanım haqqında sadəcə onu deyirəm ki, əlini vicdanına qoysun, düzgün danışsın. Yalandan böhtan atmaqla heç nə etmək olmaz. Mən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm.
Bu mövzu ilə bağlı dırnaqarası vuruşmaq istəmirəm. Bunu hüquq mühafizə orqanları özləri həll edəcəklər. Məndə hər şeyin sübutu var. Bütün xəstəxana sənədləri, mənim gəlirimin mənbəyi haqqında sənədlər var. O xanımın ittihamları əsassızdır.
O, mənə həm böhtan atıb, həm də təhqir edib. Buna görə də o, hüquq mühafizə orqanları qarşısında cavab verəcək.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...