Ağadadaş Ağayevin səhhəti ilə bağlı yeni xəbər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Çox şükür, qardaşım yaxşıdır. Ağır əməliyyat 5 saat davam etdi".
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov "İnstagram" hesabında Xalq artisti Ağadadaş Ağayevin əməliyyatı ilə bağlı yazıb.
"Düz 5 saat gözüm o ağ qapıda qaldı. O, 5 saatda etmədiyim dua qalmadı. Tək deyildim, qardaşımın həyat yoldaşı da mənimlə idi. Mən bütün Azərbaycan xalqının dualarını hiss edirdim bu mübarək ayda. Bu dualar sonda çin oldu.
Azərbaycanın xalq artisti, sevilən sənətkar Ağadadaş Ağayev 5 saatlıq əməliyyatdan sağ-salamat çıxdı. Düzdür, çox ağır əməliyyat oldu. Amma çox şükürlər olsun ki, qardaşım bunu da atlatdı. İndi də qalır bərpa və uzunmüddətli müalicə ərəfəsi. Mən Ağadadaşın bunun da öhdəsindən gələcəyinə əminəm. Tanrı səni qorusun, sənətkar... ",-deyə o, əlavə edib.
Oxşar xəbərlər
Ranar Musayev: "O aparıcılar söyülməkdən ləzzət alırlar" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı, rejissor Ranar Musayevdir. - Ranar Musayev özünü necə təqdim edərdi? - Mən özümü necə təqdim edə bilərəm ki... Rejissor Ra...