VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasının budəfəki qonağı aparıcı Afaq Gəncəli olub.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.

Afaq "Övladlığa uşaq götürmək istəyərsən" sualına belə reaksiya verib:

"Uşaqları çox sevirəm, dillərini tapıram. Hər kəs keçsin günahımdan, bunu edə bilmərəm. Doğma övladımı saxlaya bilmədim. Başqa bir ailənin övladına belə etsəm, özümü bağışlaya bilmərəm. Bu məndə fobiya kimi yaranıb.

Sabah bir şey baş versə, özümü on qat artıq günahkar hiss edərəm. O əmanətdir, onu saxlamağı boynuma götürürəm, söz verirəm ki, uşağı böyüdüb, saxlayıb, boya-başa çatdıracam. Bunu edə bilməsəm, gərək özümü öldürüm. Tanrı qarşısında böyük bir məsuliyyətdir".

BAKU.WS
VİDEO