Müğənni Samir Piriyevin 2-ci evliliyi də dağılmaq ərəfəsindədir.

BAKU.WS "Lent.az"a istinadən xəbər verir ki, ifaçının xanımı Anara bildirib ki, buna səbəb Samirin xəyanətidir:

"Bu illər ərzində Samirə gələn sevgi məktublarını görürdüm. Amma deyirdim ki, müğənnidir, normal haldır. Lakin may ayından Samirin dəyişildiyini hiss etdim. Günə iki qutu siqaret çəkirdi. Özü də namaz qılan adam. Sən demə, evimdə ilan bəsləyirmişəm. Onun sevgilisi Aynur adlı qadın uşaqlarımın yanında evimizə basqın etdi. Bunu heç cür bağışlaya bilməzdim. Həmin insanı polisə verdim. Amma hələ də bir cavab yoxdur".

Qeyd edək ki, Samir və Anaranın Fərəh adlı qızı, Nicat adlı oğlu var.

Xatırladaq ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. O, Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib.

BAKU.WS
VİDEO