91 yaşlı anasının yas mərasimində iştirak etmədi - SƏBƏB...
Şoumen Mehmet Ali Erbil anası Yurdagül Ekenin yas mərasimində iştirak etməyib.
BAKU.WS xəbər verir ki, yas mərasimi mərasimi Urla Qasilxanasında keçirilib. Mərasimdə mərhumun qızı Öngül Eken, nəvəsi Gülce Akol, kürəkəni Ali Akol, dünürləri Hülya və Mehmet Öney, həmçinin yaxın qonşuları iştirak ediblər.
91 yaşlı Yurdagül Eken, həyat yoldaşı Ömer Önder Ekenin məzarının yanında, Zeytinalan qəbiristanlığında dəfn olunub.
Erbilin bacısı Öngül Eken bildirib ki, şoumen səhhətindəki problemlər səbəbindən mərasimə qatıla bilməyib.
Erbil anasının vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edərək, "Canım anamızı 91 yaşında itirdik. Başımız sağ olsun" sözlərini yazmışdı.
Lakin paylaşımından bir neçə saat sonra "TikTok"da canlı yayım açaraq hamını təəccübləndirən açıqlama vermişdi. Son iki ildə anasını görmədiyini bildirmişdi:
"İki ildir anamı görmürdüm. Uşaqlıqda ögey ata səbəbilə müəyyən problemlər yaşamışıq. Amma yenə də bir övlad kimi həm maddi, həm mənəvi üzərimə düşəni son günə qədər etmişəm. Hər şey yalandır, sevgilər, dostluqlar… Hamısı yalan imiş".
Mehmet Ali Erbilin bu açıqlaması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
TikTok-u ələ keçirən mahnı: "Yanındayam" gündəmi silkələdi
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib. BAKU.WS xəbər verir ki, ifaçı ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" ma...