Xalq artisti: “Qayınatam məni çox qısqanırdı” - VİDEO

Xalq artisti Ofeliya Sənani ATV telekanalına müsahibə verib.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi yaradıcılığından və ailə həyatından bəhs edib.
O, qayınatası, mərhum Xalq artisti Möhsün Sənanidən danışaraq onun qısqanc olduğunu söyləyib:
“Tərəf müqabilim Şahmar Ələkbərov idi. “Dağlarda döyüş” filminə çəkilirdik. Hər gün dublyajda idik. Mövsüm müəllim məni çox qısqanırdı, xasiyyəti başqa idi. Çəkilişdə Ş.Ələkbərova deyirdi ki, o qızın əlindən niyə tutmusan? Burax onun əlini”.
Qeyd edək ki, Ofeliya Sənani 1961-ci ildə ssenarist Valid Sənani ilə ailə qurub. Onların bu nikahdan iki övladı var.
Oxşar xəbərlər
Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO
Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar d...