Namiq Qaraçuxurlu: “Özüm səndən betərəm”

24
may
2020
22:00
"Bəzən elə problemlərin olar ki, bilənləri ayaqda saxlamaq üçün sənə təsir etmədiyi rolu alıb gülə-gülə daşıyarsan".
BAKU.WS xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “İnstagram” səhifəsində yazıb. O, fikirlərini belə izah edib:
"Bilməyənlərin problemlərin dinləyərsən, “özüm səndən betərəm” deməmək üçün susarsan...
"Bir şey edə bilmədiyin" qınağıyla yaşayarsan və bu gücünlə fəxr eləyərsən.
Xoşbəxt olmağa daha çox səbəb varkən qəmlənməyə nə lüzum var ki...
Hər halımıza şükür... Allah cəmi xəstələrə şəfa versin, betərindən qorusun".
Oxşar xəbərlər
Miri Yusif üç günlük solo konsert barədə danışıb FOTO+VİDEO
Populyar müğənni, Azərbaycanın Əməkdar artisti Miri Yusif öz pərəstişkarları üçün üçgünlük bayram hazırlayır: iyunun 7-də, 8-də və 9-da “Yaşıl teatr”ın səhnəsin...
