Həbsdən çıxan Kamil Zeynallını evində belə qarşıladılar - VİDEO

Xəbər verdiyimiz kimi, karantin qaydalarını pozan məşhur fitnes məşqçi Kamil Zeynallı bu gün saat 18 radələrində azadlığa çıxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mayın 12-də həbs olunub 10 sutka inzibati həbs cəzasını başa vuran Kamil azadlığa çıxdıqdan sonra yaşadığı evə gedib.
İdmançını evdə anası Sahilə Zeynalova qarşılayıb. Kövrək anlar yaşayan Zeynallı eyni zamanda qızı Sahilə ilə də görüşüb.
Həbsdə olduğunu qızından gizləyən məşhur idmançı ona “Gör, İstanbuldan sənə nə almışam?” deyərək ona böyük qutuda aldığı oyuncağı hədiyyə edib.
Daha sonra K.Zeynallı ailəsi və yaxınları ilə birgə masa arxasında əyləşərək şam yeməyi yeyib. Diqqət çəkən məqam isə çəkilib, sosial şəbəkədə paylaşılan görüntülərdə Kamilin həyat yoldaşı Gülay Zeynalovanın gözə dəyməməsi olub.
Oxşar xəbərlər
Gülay ilk dəfə Kamil Zeynallı ilə boşanma xəbərlərinə CAVAB VERDİ - VİDEO
Məşhur cütlüyü Kamil və Gulay Zeynallı cütlüyü haqqında yenə xəbərlər dolaşdı. Onların boşanma xəbəri şou camiyəsində ildırım sürətilə yayıldı. Kamilin bir neçə...