Sevda: "O, buna layiq deyil" - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə ötən gün “Sən yadıma düşəndə” adlı ifasını yenidən səsləndirib.
BAKU.WS xəbər verir ki, müğənni yeni ifasını sosial şəbəkədəki səhifəsində paylaşıb.
“Biz sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o, buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə, bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik.
Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin "Sən yadıma düşəndə" mahnısını çox sevirsiniz. Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, tanınmış musiqiçilərlə dünya konsert səhnələrini paylaşan, hazırda Londonda yaşayan Əməkdar artist Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
