SİZİN REKLAM BURADA!
055 213 76 73


Canlı efirdə yıxılan Xalq artisti Tünzalə Ağayeva səs-küyə səbəb olan görüntülərini özü də paylaşıb.

BAKU.WS xəbər verir ki, ifaçı paylaşımına belə şərh verib:

"Deyirəm ki, ancaq belə yıxılaq. Gördüm, bu videonu yaman yayırlar, daha keçib, qoy elə məndən yayılsın".

Xatırladaq ki, Xalq artisti Tünzalə Ağayeva canlı efirdə çətin anlar yaşayıb. İfaçı İTV-nin karantin günləri ərəfəsində telemarafon formatında təqdim edilən "Gəl, qonaq ol" proqramının qonaqlarından biri olub.

Ağayeva karantin günlərində evdə idmanla məşğul olduğunu və hər kəsə də hərəkətsiz olmamağı məsləhət verib. O, tamaşaçılara idman hərəkətindən birini nümayiş etdirmək istəyərkən kətilin ayağı sürüşüb və müğənni yıxılıb.

Ağayeva özünü itirməyib və idmana davam edib. 

BAKU.WS
VİDEO