VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xalq artisti Aygün Kazımova "5/5" verilişinin qonağı olub.

BAKU.WS məlumat verir ki, verilişin aparıcısı Zaur Kamal müğənniyə maraqlı sürpriz edib. Belə ki, aparıcı Kazımovadan gözlərinin bağlamasını istəyib. Daha sonra Zaur Kamal səhnəyə Namiq Qaraçuxurlunun oxşarını dəvət edib. Elman adlı meyxanaçının Namiq Qaraçuxurluyla bənzərliyi müğənnini təəccübləndirib.
 
Meyxanaçının Namiq Qaraçuxurluya kəskin bənzədiyini deyən və bundan heyranlığını gizlətməyən müğənni onun boy, üz quruluşunun Namiqlə eyni olduğunu bildirib. Xalq artisti zarafatından da qalmayıb. O Namiqin oxşarına "Gedək o biri otaqda deyim, tam oxşayırsan yoxsa yox" deyib.

Müğənninin bu sözləri aparıcı və tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.
 
BAKU.WS