Aygün Kazımovadan yeni mahnı: "Yalana bax" (VİDEO)

Aygün Kazımovadan yeni mahnı: Yalana bax (VİDEO)
Video
Şou-biznes 1898

 

Xalq artisti Aygün Kazımova "Yalana bax" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

BAKU.WS məlumat verir ki, müğənni bu mahnısının da hit olacağını bildirib:

"Mahnını çox bəyəndim. Bu, mahnını yaradan cütlük ilə mənim silsilə işimdir. "Məhəbbətə hə", "Düşün məni", "Sevgi yağışı", "Dəli rüzgar" adlı hitlərimin müəllifləridir. Sevinc Şirin və Sevinc Tağıyeva ancaq hit hazırlayır. Yeni mahnımız isə "Yalana bax" adlanır. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyincə bir mahnı olacaq".

Qeyd edək ki, mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə məxsusdur.

BAKU.WS

Son xəbərlər