SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Elza Seyidcahanla müğənni Mətanət Əsədova canlı efirdəki davalarını sosial şəbəkədə davam etdiriblər.

BAKU.WS xəbər verir ki, Əsədova Seyidcahanın "Hozu" filmində söylədiyi "Ananas" şeirini paylaşaraq bunları yazıb:

"Mənim əzizlərim, baxın, doyunca gülün. Görün kim mənə irad tutur".

Elza xanım onun bu paylaşımından sonra Mətanətin fotosu ilə belə bir paylaşım edib: "Görün zəhmətkeş, ağıllı ulağı kimə tay tutmuşam?! Ay ulaq, səndən üzr istəyirəm!"

Xatırladaq ki, ötən həftənin cümə günü Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında gərgin anlar yaşanıb. Proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın “gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər. Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: “Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”

Əməkdar artist Elza Seyidcahan verilişə zəng edərək ona cavab verib: "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiniz gəlim, danışın".

Onun bu sözləri Mətanəti əsəbiləşdirib və Əməkdar artistlə tərbiyəsiz tərzdə danışıb: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adın sənə haram olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüş. Uzaqbaşı məni məhkəməyə verəcəksən. Amma çaşma".

M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.

Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.

Aysel
BAKU.WS
VİDEO