VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam deyirdi ki, adam deyilsən. Bizim nəslimizdə səhnəyə çıxan olmayıb". Bu sözləri azərbaycanlı reper Epi deyib.

BAKU.WS xəbər verir ki, Murad Arifin "Popumuz var" layihəsinin budəfəki qonağı gənc reper Epi olub.

20 yaşlı ifaçı ali təhsil almadan uğur qazanmağın mümkünlüyündən söz açıb:

"Ali təhsil almamışam. Məktəbi 11-ə qədər oxumuşam. Oxumaz olaydım, vaxtımı itirmişəm. Öz savadım, öz başım məni bu yerə gətirib çıxarıb. 

4 il universitet oxuyasdım və aylıq 500 manat maaşa dolansaydım, səhər üzümü qırxıb, "saroçkayla" işə getsəydim, həyatımdan narazı olardım.

Hazırda mən universitet bitirib işləyənlərdən 3-4 qat artıq qazanıram. Misal üçün deyirəm, aya 2000 manat pul çıxara bilirəmsə, zordu. Mən həftəiçi 100 sənədli filmə baxıb, kalan kitab oxuyuram. Bunun ali təhsillə heç bir əlaqəsi yoxdur. Universitet bitirmək vacib deyil, əsas başın işləsin, düzgün ideologiyan olsun, adam ol, bəs edir. 

Razıyam, bizim ölkə üçün təhsilli insanlar lazımdır, amma bir məqam məni əsəbiləşdirir. Bizdə belə bir dəb var; qızım həkim olsun, oğlum mühəndis, hüquqşünas olsun. İmkan verin, uşaqlar öz istədiklərini etsinlər. 

Mənim atam ilk başda qınayırdı. İndi mənim bətllarıma baxır. Artıq məni qəbul edir, başa düşür ki, bu da bir fəaliyyətdir. Həm də istər-istəməz evə əlində pulla gedirsənsə, görürlər ki, sən bir peşə ilə məşğulsan". 

Aysel
BAKU.WS
VİDEO