SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanlı model Günay Musayevanın eks həyat yoldaşı, tanınmış türk aktyor Tolqa Karelin toyunun tarixi bəlli olub.
 
BAKU.WS məlumat verir ki, bu haqda aktyorun özü şəxsi Instagram hesabında məlumat paylaşıb. Aktyorla uzun müddətdir sevgili olduğu amerikalı model Sarah Scottinlə toyu iyulun 5-də olacaq. Aktyor toy tarixini sevgilisinin qarşısında diz çökərək çəkilmiş şəklində qeyd edərək paylaşıb.
 
Xatırladaq ki, G.Musayeva ilə T.Karel 2011-ci ildə ailə qurub, ötən il isə rəsmi şəkildə boşanıblar. Onların bu nikahdan Cahangir adlı bir övladları var. 
 
BAKU.WS