Xəyalə Quliyeva: "18 gün başqa planetdə idim" - VİDEO

BAKU.WS azxeber.com-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aktrisa, teleaparıcı Xəyalə Quliyevadır. Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Xəyalə qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi. O şəxsi həyatından, sənətindən danışıb.
Həmin süjeti təqdim edirik:
- İndi "Çəkirəm ha" çəkməyə...- Səbr yoxdur.
- Ona görə veriliş aparmıram ki...- Çünki ürəyimə yatan veriliş yoxdur.- İndi aktrisa olmaq...- Asandır.- Evli olsam da, yenə mənə sevgi etirafları...- Olur.- Rejissorların işi məni...- Bəziləri məni qane edir, bəzilər yox.
- Azərbaycanda aktrisalar intim səhnəyə ona görə çəkilmir ki...- Çünki insanlar bunu film kimi qəbul etmirlər.
- Kişilərin sevdiyi qadın obrazı...- Ağıllı, sözəbaxan, başıaşağı.
- Açıq-saçıq geyim qadının...- Öz güvənsizliyidir.- Ona görə komediya janrı sevilir ki...- Çünki camaatın gülməyə çox ehtiyacı var.- Cəfər Cabbarlının nəvəsi ilə olan məhkəməm...- Sülhlə bitdi.- İndiki aparıcılar...- Bərbaddır.- Bədənimin əməliyyat olunan nahiyəsi...- Arıqlamaq istərdim, amma buna da şükür.- Həyat yoldaşımın mənə qadağası...- Onun qısqanclığı başlayanda, mənim azadlığım bitir.- Qadın xəyanət edirsə...- Deməzdim, kişinin günahıdır. Bəlkə, yapısı belədir.- Xarici aktrisalar bizdə- Havalanarlar.- O vaxtkı ATV ilə indiki arasında fərq...- Çoxdur.- "Çəkirəm ha"nın mənə ən böyük qazancı...- Bu gün də məni görəndə "Çəkirəm ha" deyirlər. Ondan sonra 8 veriliş aparmışam, o qədər tanımırlar.- "Maşın şou" həyatımda...- Böyük dönəm olub. 18 gün başqa planetdə idim.- Qayınanamın mənim üçün...- Ürəyi gedir.- Həyat yoldaşım...- Əsl həyat yoldaşıdır.- Övladlarımıza məsləhətim...- Telefonla az oynasınlar.- Qadın ona görə şiddətə məruz qalır ki...- Keçinin əcəli çatanda buynuzunu çobanın çubuğuna sürtür. Hardasa, bəlkə, öz günahı var. Ancaq qadına şiddətə yox deyirəm.- Qadını döyən kişi...- Acizdir. Kişi zəifdirsə, özünü qadının üzərində göstərir.- Boşanmış qadınlara məsləhətim...- Boşanmış qadınlar birmənalı qarşılanmırlar. Sanki ikinci dərəcəli kimi baxırlar. Ailə həyatı qursalar da, kiminsə ailəsini dağıtmasınlar.- Xəyanəti bağışlayan qadın...- Deməli, çox sevir- Evlilikdə xanım üçün bakirəlik...- Mütləqdir.
Oxşar xəbərlər
Könül Yusifqızı: "Əsəbisinizsə, sekslə məşğul olun" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa, aparıcı Könül Yusifqızıdır. - Yeriniz rahatdır?- Bunu izləyənlər görsələr ki, bardaş qurmuşam, deyəcəklər: "Buna bax. Gəli...
