Mətanət İsgəndərli: "Sevgi əzabdır, insanı dəli edir" - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli sevgidən danışıb.
BAKU.WS xəbər verir ki, ifaçı ARB-nin "Ona qalsa" verilişində sevginin əzab olduğunu deyib:
"Sevgi hissi də vergidir, hər insanda olmur. Sevgi əzabdır. Dəli olursan, onsuz yaşaya bilmirsən, işləyə bilmirsən. Hara gedirsən, gözünün önündə odur. Ondan 5 gün küsəndə, az qalır havalanasan. Dəli kimi olursan. Depresiyaya düşürsən, özünə qapanırsan. Bu, əzabdır.
Bu hisslər məndə də olub. Allaha yalvarmışam ki, bu hissləri məndən alsın. Artıq mənim sevgim Allah və övladlarımdır. Mənim sevgim balalarım və məni sevənlərdir. Onlar məni xoşbəxt edirlər. Amma o bir nəfər sənə zülm edir. Mütləq kiminsə dərdindən dəli olasan? Artıq heç kimi sevmirəm. İndi elə xoşbəxtəm ki, indiyədək belə xoşbəxt olmamışam. Çünki artıq əzab çəkmirəm, kiminsə dərdindən ölmürəm, kimin üçünsə ağlamıram".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...
