Tanınmış reper Elşad Xose ATV kanalında yayımlanan verliş zamanı Afaq Gəncəlinin sualına cavab verərkən peşman olduğu əməlindən danışıb.

BAKU.WS
-in məlumatına görə, reper "indiyə qədər hansısa əməlinizə görə ürəkdən peşman olmusuz” sualına "bəli” deyə cavab verib. Elşad Xose bildirib ki, dostu ilə maşında gedərkən bir piyadanı vurublar. Elşad Xose bildirib ki, piyadanı vurduqdan sonra maşını saxlamayıblar.

"Düzdür maşını mən yox, dostum sürürdü. Lakin bu mənim üçün önəmli hadisə idi. Həmin hadisədən sonra çox əzab çəkdim. Şünki həmin hadisənin axırı pis qurtardı”, - deyə Elşad Xose bildirib.

Reper bildirib ki, həmin hadisə baş verərkən o cavan olub və əməlindən çox peşman olub: "Onda belə alındı. Bilmirəm cavan idik, uşaq idik, ona görə belə etdik. Amma gərək maşını saxlayardıq. Axırı nə ilə qurtarsa da, maşını saxlamalıydıq”.

 

Bu xəbəri rus dilində "Эльшад Хосе вместе с другом сбили пешехода и сбежали с места происшествия" adlı xəbərdə oxuya bilərsiniz.

BAKU.WS