VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gənc azərbaycanlı modelyer Rəfiqə Erkinin əl işi Fransada keçirilən yarışda qalib olub.

BAKU.WS məlumat verir ki, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyi, "Barbie" şirkəti və "Les Arts Decoratifs" muzeyinin birgə təşkil etdiyi yarışmaya həmyerlimiz barbi kuklaları üçün hazırladığı geyimlə qatılıb. Yarışmada qalib olan 12 iştirkaçı arasında Rəfiqə Erkin də yer alıb. 

Rəfiqə Erkin bildirib ki, barbi kuklaları üçün hazırladığı geyim "Les Arts Decoratifs" muzeyində nümayiş olunacaq. 

Qeyd edək ki, Rəfiqə Erkin Fransanın IFA Paris Universitetində moda üzrə təhsil alır.