Röya daha bir rekorda imza atdı - FOTO

Xalq artisti Röya Ayxanın “Instagram” hesabındakı izləyici sayı iki milyon olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, izləyici sayının iki milyona çatmasını ilk olaraq Röyaya oğlu Hüseyn çatdırıb. O, anasının “Whatsapp”ına “Ana? “Instagram”da izləyicilərinin sayı iki milyon olub” yazaraq, onu məlumatlandırıb.
Röya isə oğlu Hüseyn ilə bu yazışmasını “Instagram” hesabının “hekayə” bölümündə paylaşaraq “Oğlum hamıdan çox sevinib deyəsən. Mənim həyatım” sözlərini qeyd edib. Beləcə Röya Ayxan Azərbaycanda sosial media hesabında ilk iki milyon izləyicisi olan məşhur olub. Xalq artisti bununla daha bir rekorda imza atmış olub.
Qalereya
Oxşar xəbərlər
"Hələ də kirayədə yaşayıram" - Röya
Xalq artisti Röya Ayxan kirayədə yaşadığını söyləyib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni ev tikdirdiyini, lakin hələ hazır olmadığını bildirib...
